Sirrozun tam müalicəsi mümkün olmasa da onun dərinləşməsinin qarşısını almaq mümkündür. Xəstəliyin ilkin mərhələlərdə müəyyən edilməsi onun müalicəsində daha qənaətbəxş nəticələr əldə edilir. Müalicə zamanı əsas məqsəd sirrozun yaranmasına səbəb olan faktor və ya faktorların aradan qaldırılmasıdır. Bunlara nümunə kimi, spirtli içkiyə aludəliyin və ya vrus hepatitlərinə qarşı müalicəni nümunə gətirmək olar. Qaraciyərin xroniki zədələnməsinə səbəb olan bu kimi faktorların aradan qaldırılması sirrozun dərinləşməsinin qarşısını ala bilir. Məsələn, artıq ciddi ağırlaşmalara gətirib çıxara bilən alkoqol sirrozları zamanı alkoqol faktorunun aradan qaldırılması nəticəsində 5 illik yaşam müddəti 50%-dən çox olur.
Sirroz zamanı meydana çıxan ağırlaşmaların da müalicəsi də diqqət mərkəzində saxlanılır. Qarın boşluğunda yığılan maye (assit) və aşağı ətraflarda yaranan şişkinliyin aradan qaldırılması məqsədi ilə diurezi sürətləndirən dərman maddələri və az duzlu pəhriz tətbiq edilir. Bəzi hallarda assitik maye kiçik cərrahi müdaxilə nəticəsində xaric edilə bilər.
Portal hipertenziyalı xəstələr daha çox diqqət mərkəzində saxlanılır. Çünki hər bir zaman həyat üçün təhlükəli olan qida borusu qanaxmalari mümkündür. Bu zaman endoskopik yolla qanaxan damarın bağlanması və qanaxma əleyhinə terapevtik tədbirlərin görülməsi problemi aradan qaldıra bilir. Amma endoskopik xidmətin heç də hər yerdə olmaması üzündən qida borusu venalarının varikoz genişlənməsi olan xəstələr çox ehtiyatlı olmalı və vəziyyətlərinin ciddiliyini diqqət mərkəzində saxlamalıdırlar. Bəzi hallarda portal venada (qapı venasında) təzyiqin azaldılması məqsədilə dərman maddələrində də istifadə edilir. İnfeksiya ilə yoluxma hallarında həkiminiz sizə antibiotiklər təyin edə bilər.
Qaraciyər xərçənginin skrininqi məqsədilə dövri olaraq ultrasəs müayinəsi və bəzi qan testləri etmək vacibdir. Hepatik ensefalopatiya hallarında həkim bəzi dərman maddələrinin təyini ilə əlamətləri azaltmağa çalışacaq. Dərin sirrotik dəyişikliyə uğramış qaraciyərin transplantasiya yolu ilə dəyişdirilməsi yeganə çıxış yolu hesab edilir. Qaraciyər transplantasiyası ya beyin ölümü təsdiq olunmuş insanın bütöv qaraciyərinin, ya da sağlam donorun qaraciyərinin bir hissəsinin köçürülməsi ilə həyata keçirilir.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!