Müalicə zamanı Psixoterapevt və Qastroenteroloqun birgə yardımına ehtiyac vardır. QBS-li xəstələrə fiziki aktivlik, piyada gəzintiləri, aerobika məsləhət görülür. Çox zaman müalicəvi bədən tərbiyəsi kursları təyin edilir. Gündəlik rejimin düzgün tərtib olunması, stress vəziyyətlər və emosional yüklənmələrin uzaqlaşdırılması arzuolunandır. Qıcıqlanmış bağırsaq sindromunun müalicəsində psixoterapiyanın rolu danılmazdır.
Bağırsaq mikroflorasını bərpa etmək üçün probiotiklərdən istifadə olunur. Dərman vasitələri həmçinin ağrını yüngülləşdirmək ishalı aradan qaldırmaq və qəbizlik hallarını müalicə etmək (bitki mənşəli işlədici vasitələr – laktuloza) məqsədilə tətbiq olunur. İfadəli nevroloji əlamətlər müşahidə edildikdə sakitləşdirici vasitələr, yüngül yuxugətiricilər qəbul olunur. Refleksoterapiya, neyrosedativ masaj, elektroyuxu, sakitləşdirici aromatik vannalar və pişikotu ilə fitovanna göstəriş sayılır. Trankvilizatorlar, antidepressantlar, neyroleptiklər yalnız psixiatrın konsultasiyasından sonra təyin olunur.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!