Müalicəyə başlamadan öncə xəstəliyin yaranma səbəbinə baxılır. Əgər səbəb mədə turşuluğunun artmasıdırsa, bu halda mədə turşuluğunu azaldan dərmanlar, antiasid dərmanlar verilir. Əgər səbəb H. Pilori bakteriyasıdırsa, bu halda iki fərqli antibiotiklə 14 gün antibakterial müalicə aparılır. Əgər xəstəliyə QSİƏM dərmanlar səbəb olursa, bu halda dərmanların istifadəsinin davamının vacibliyi yenidən düşünülür.
Yüngül qastrit halları geniş yayılmışdır və tibbi yardım tələb etmir, lakin simptomlar bir həftədən artıq davam edirsə həkimə müraciət etməyiniz tövsiyə olunur.
Qastritin müalicəsi mədə turşuluğunun azalmasına, simptomların yüngülləşməsinə və mədənin selikli qişasının sağalmasına yönəlmiş antasid və digər dərman vasitələrinin təyinatı ilə həyata keçirilir, belə ki, turşu iltihablanmış toxumaları qıcıqlandırır. Əgər qastrit hər hansı bir xəstəlik və ya infeksiya ilə əlaqəlidirsə, bu problem də aradan qaldırılır.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!