Ezofaqomiotomiya – Əzələ spazmalarına bağlı damarları aradan qaldırma məqsədi ilə icra olunur. QB-nun əzələ qatı boylama kəsilir, mukozaya toxunulmur.
Fundoplikasiya – Qastroezofageal reflüksü aradan qaldırmaq məqsədi ilə yerinə yetirilir. QB-nun distal hissəsinin ətrafında mədənin dibi vasitəsi ilə sıxıcı yaxalıq yaradılır. Yaxalığın əhatə dərəcəsinə görə müxtəlif üsulları mövcuddur. Klinik cərrahlıqda 3600 (Nissen üsulu) və 180-2700(Toupet üsulu) yaxalıqlar daha çox tətbiq edilir.
Qida borusunun rezeksiyası – QB-nun xoş və bədxassəli törəmələrində icra edilir. Üzvün bir hissəsi kəsilir və xaric olunur.
Total ezofaqoektomiya – QB-nun tamamilə çıxarılmasıdır. Mədənin böyük əyriliyindən formalaşdırılmış izoperistaltik boru, yoğun və ya nazik bağırsaq seqmenti ilə ezofaqoplastika edilir. Ezofagusun bədxassəli törəmələrində ən çox istifadə edilən cərrahi müalicə üsuludur.
Divertikulektomiya – Divertikul kəsilir, defekt tikilir.
Divertikulo-ezo-faqostomiya – Divertikul ilə QB arasında geniş əlaqə yaradılır. Böyük Zenker divertikullarında açıq və ya endoskopik üsulla yerinə yetirilir.
Endoskopik mukozektomiya – Endoskopun köməyi ilə QB-nun selikli qişası kəsilir və xaric olunur. Səthi törəmələrdə tətbiq edilir.
Stentlər – QB-nun mənkəzinə metal və ya plastk tərkibli boru (stent) yerləşdirilir.
Balon dilatasiyası – QB-nun daralmalarının (strikturlar, axalaziya) müa-licəsi üçün tətbiq edilir. Daralma nahiyyəsi¬nə elastik balon yerləşdi¬ri¬lir və o, dol-durulur. Nəticədə QB-nun mənfəzi genişləndirilir.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!