Qəbizliyin əsas müalicəsi ondan ibarətdir ki, xəstəliyin xroniki formaya keçməsinə yol verilməsin.
Qəbizliyin müalicəsi təkcə nəcis kütlələrinin evakuasiyası üçün tədbirlər görməkdən ibarət olmayıb, həmçinin onların gələcəkdə yenidən yaranmasının qarşısını almaqdır. Bir daha xatırladaq ki, xroniki formaya keçmiş qəbiziliyi yalnız həkim müalicə etməlidir. O, səbəbləri ortaya çıxarır, yanaşı gedən xəstəlikləri müəyyənləşdirir və terapiya təyin edir. Bu halda qəbizliyin ev şəraitində müalicəsi yolverilməzdir, çünki o başqa bir xəstəliyin simptomu ola, digər yanaşı gedən patologiyalar yarada bilər. Bundan əlavə, qəbizliyin müalicəsində istifadə olunan preparatların növündən asılı olaraq müalicə müddəti də fərqlidir. Xəstələrin həkim təyinatı və nəzarəti olmadan bu preparatlardan istifadəsi onlarda "tənbəl bağırsaq" sindromu yarada bilər ki, xəstələr həmin preparatdan asılı hala düşə bilərlər.
Qəbizlik zamanı qarın işlədici preparatların müstəqil şəkildə qəbulu və ya yan təsirləri nəzərə alınmadan imalələrin edilməsi bağırsağın peristaltikasını azalda bilər.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!