İlk olaraq sizə konservativ müalicə yazılır və zərərli vərdişləri tərgitməklə sağlam həyat tərzi seçməyiniz tövsiyyə olunur.
QERX-in uzun zaman kəsiyində aparılan konservativ müalicəsi mümkün olmursa cərrahi əməliyyat məsləhət görülür. Bu gün geniş istifadə olunan əməliyyat növü Nissen üsulu ilə Fundoplikasiya adlanır. Fundoplikasiya əməliyyatı açıq və laparoskopik yolla həyata keçirilə bilər. Son zamanlar laparoskopik fundoplikasiya QERX xəstələri üçün standart əməliyyat hesab edilir.
Fundoplikasiya zamanı qida borusunun distal hissəsi, yəni mədəyə keçən hissəsi tam sərbəstləşdirilir və mədənin dibi qida borusunun arxasından soldan sağa keçirilək qida borusunun önundə manjet formalaşdırılır. Bu manjet qida borusu və mədə arasında olan qapaq mexanizmini bərpa etmiş olur və xəstənin şikayətlərini aradan qaldırır.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!