Laparoskopik yanaşmanın daha geniş yayılması nəticəsində nazik bağırsaq törəmələrinin cərrahi müalicəsinə yanaşmalar dəyişmişdir. Təcrid olunmuş xoşxassəli və ya kiçik ölçülü törəmələrin laparoskopik yolla müalicəsi mümkündür. Əlin köməyi ilə aparılan mini-invaziv yanaşmalarda kiçik törəmələrin taktil (palpasiya vasitəsilə) hissiyat əsasında müəyyən edilməsi daha asan olur.
Limfatik sistemə yayılmış törəmələrin, o cümlədən, adenokarsinoma, karsinoid və limfomanın, cərrahi müalicəsində mezenterik rezeksiya və ya bağırsaq müsariqəsinin də rezeksiyası tələb olunur. Bu qrup törəmələrin müalicəsinin açıq əməliyyat yolu ilə aparılması müsariqənin daha geniş rezeksiyasının aparılmasına imkan verir. Bütün hallarda, cərrahi müdaxilə zamanı bağırsağın bütün uzunluğu müayinə edilməlidir. Qaraciyərin vizualizasiyası və palpasiyası da mütləq aparılmalıdır.
Adenokarsinoma nazik bağırsaq şişlərinin 30%-i təşkil edir. Adenokarsinomanın yeganə müalicəsi tam cərrahi rezeksiyadır. Əməliyyat zamanı adenokarsinomanın tam rezeksiyası və xəstənin xərçəngdən tam azad olması 60% hallarda mümkün olur.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!