Helicobacter pylorinin eradikasiyon müalicəsi - standart müalicə rejimi olub, qastrit və mədə xorasının sağalması üçün şərait yaratmaq üçün, sözügedən bakteriyanın mədənin selikli qişasından tam məhv edilməklə kənarlaşdırılmasına istiqamətləndirilmişdir. Bu müalicə rejimi 7-14 gün ərzində aparıla bilinir.
Üç komponentli müalicə
Dörd komponentli müalicə
Həyat tərzi və diyet
H. pylori ilə yoluxmuş insanlarda xoraların qarşısının alınmasında və ya yaranmasında qidalanmanın rol oynadığına dair bir sübut yoxdur. Ancaq ədviyyatlı qidalar,spirtli içkilər və siqaret xoraların ağırlaşmasına səbəb ola və sağalmanın qarşısını ala bilər.
Proqnoz
H. pylori ilə yoluxmuş bir çox insan üçün infeksiya heç bir çətinlik yaratmır.Əgər simptomları yaşayır və onları müalicə edirsinizsə, müalicənin cavabı adətən müsbətdir. Müalicəni bitirdikdən ən azı dörd həftə sonra həkiminiz müalicənin effektivliyindən əmin olmaq üçün sizi müayinə edəcəkdir. Yaşınızdan və digər tibbi məsələlərdən asılı olaraq, həkiminiz müalicənin yararlı olub olmadığını yoxlamaq üçün nəcis və sidik analizindən istifadə edə bilər.
H. pylori infeksiyası ilə əlaqədar xəstəlikləriniz varsa,vəziyyətiniz bu xəstəliyin nə qədər erkən müəyyən edildiyi və necə müalicə olunacağına bağlı olacaq. H. pylori bakteriyalarını öldürmək üçün bir dəfədən çox müalicə almağınız lazımdır.
Müalicənin kursundan sonra infeksiya hələ də mövcuddursa, peptik xora residiv verə bilər və ya daha az təsadüf olunan mədə xərçəngi inkişaf edə bilər. H. pylori ilə yoluxmuş az sayda insanda mədə xərçəngi inkişaf edə bilir. Ancaq ailənizdə mədə xərçənginə dair problemlər yaşanıbsa, H. pylori infeksiyası üçün müayinə və müalicə olunmalısınız.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!