Mədə və 12 barmaq bağırsaq xorasının müalicəsi xoranın yerləşmə yerindən, ölçüsündən, mərhələsindən və fəsadlarının olub-olmamasından asılıdır. Ağırlaşmaları və fəsadları olmayan xora zamanı pəhriz saxlamaq, mədə turşuluğunu artıran qidaları (ədviyyatlı və ekstraktiv qidalar, konservlər, tomat, spirtli içkilər və s.) qida rasionundan çıxarmaq lazımdır. Xəstəliyin kəskinləşmə dövründə stasionar müalicə mütləqdir. Dərman müalicəsinin əsasını antasid preparatlar, antibiotiklər-helikobakter əleyhi terapiya, xolinolitiklər, qanqlioblokatorlar, ağrıkəsicilər təşkil edir. Effektiv dərmanlardan serukalı, diopanı, solkoserili, taqameti, oksiferriskarbonu və anabolik steroidləri (retabolil) misal göstərmək olar. Xəstəliyin remissiyası dövründə ümumi gücləndirici və biostimulyatorları (plazmol, qinotardiferon, pelloidodistillat) təyin etmək və sanatoriya müalicəsinə göndərmək lazımdır. Xəstəliyin gedişində fəsadlar meydana çıxarsa, cərrahi müdaxiləyə ehtiyac yaranır.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!