Hepatit A Xalq arasında sarılıq adı ilə tanınır. Hepatitin bu növü ən çox yay fəslində pis yuyulmuş meyvə-tərəvəz və ya keyfiyyətsiz içməli sudan yayılır. Xəstəlik qusma, diareya ilə başlayır. Xəstənin sidiyi tündləşir. Nəcisi isə açıq rəngdə olur. Göz bəbəyi saralır. Xəstəlik 50 günərzində yoluxucudur. Əsasən də hamilə qadınlar buna qarşı diqqətli olmalıdırlar.
Hepatit В Bu hepatit qan ilə keçir. Xəstəliyin keçə biləcəyi yerlər stomatoloji kabinet, gözəllik salonları və ginekoloji kabinetdir. Xəstəliyin qarşısını almaq üçün həkimin steril əlcəklərdən, birdəfəlik istifadə olunan iynələrdən istifadə etməsinə diqqət yetirin. Lakin günümüzdə hepatitə tutulma səbəbi olaraq cinsi əlaqə, diş fırçası, narkomaniya da aktualdır.
Hepatit C Hepatitin bu növü də qanla keçir. Hətta bu növ daha təhlükəli olaraq ana və atadan uşağa belə keçə bilər. Xoş hal ondan ibarətdir ki, 1 yaşına qədər uşaqları ana südü qoruduğu üçün hepatitə yoluxmur.
Hepatitə yoluxmamaq üçün: 1. Yeməkdən öncə əllərinizi yuyun! 2. Meyvə, tərəvəzi yuyun! 3. Qaynanmamış su içməyin! 4. Dişlərinizi daha etibarlə və steril klinikalarda müalicə elətdirin. 5. Qan verərkən və iynə vurdurarkən birdəfəlik istifadə olunan alətlərin istifadə edilməsinə diqqət yetirin.
Hepatitin ümumi əlamətləri var ki, bu da halsızlıq, yorğunluq, sidiyin rənginin tündləşməsi, nəcisin rənginin ağ olması, gözün ağ qişasında sarılıqdır. Vaxtında həkimə müraciət edin və hepatit viruslarının analizindən keçin.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!