Qida borusu (QB) udlaq ilə mədəni birləşdirən boruşəkilli əzələli orqandır. Qida borusu insanın həzm sisteminin bir hissəsidir. Qida borusu xəstəlikləri zamanı ən əsas və diqqət yetirilməli əlamətləri üç hissəyə ayırmaq olar. Bunlar aşağıdakılardır:
Qida borusu (QB) anatomik 3 hissəyə ayrılır:
Klinik siptomlar (əlamətlər)
▪ Disfagiya - Udma çətinliyidir, ən spesifik simptomdur, funksional və üzvi səbəblərdən meydana çıxır.▪ Odinofagiya - Ağrılı udmadır. Bədxassəli xəstəliklər, perforasiya, divertikulit və yanıqların əlamətidir.▪ Qıcqırma - Döş sümüyü arxasında yanğı hissidir. Reflüksün spesifik təzahürüdür.▪ Requrgitasiya - Möhtəviyyatın geri qayıtmasıdır. Qusmadan fərqli olaraq requrgitasiya zamanı qarın və diafraqma əzələləri yığılmır, öyümə olmur. Requrgitasiya öz-özünə baş verir. Reflüks xəstəliyində, divertikullarda və darlıqlarda olur.▪ Qanqusma - QB varikozunda, zədələnmələrində, divertikullarında olur.▪ Atipik əlamətlər - Öskürək - reflüksdə və ezofaqo-bronxial fistullarda rast gəlir.Döş ağrıları - reflüks, axalaziya və darlıqların əlamətlərindəndir.Səsin dəyişməsi – reflüks və invaziv törəmələrdə olur.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!