Qlütenə qarşı dözümsüzlük qlüten enteropatiyası yaxud seliakiya (çölyak xəstəliyi) adlanır. Xəstəliyin səbəbi nazik bağırsağın selikli qişasında qlüten parçalayıcı fermentin az əmələ gəlməsi və ya anadangəlmə olmamasıdır. Bu nazik bağırsağın xroniki autoimmun xəstəliyi olub, bəzi dənli bitkilərin (arpa, çovdar, buğda və. s) tərkibində olan qlüten zülalına qarşı həssaslıqla müşahidə olunan genetik xəstəlikdir. Tərkibində qlüten olan buğda, çovdar, qızılı buğda və arpa kimi dənli bitkilərin qəbulu nazik bağırsağın iltihabına səbəb olur. Əgər şəxs qlüteni qida rasionundan çıxarmazsa bağırsaq xovları hamarlaşa, hətta yox ola bilər və beləliklə, nazik bağırsağın selikli qişasından qida maddələrinin sorulması prosesi pozula bilər ki, bu da öz növbəsində orqanizmdə qida çatışmazlığının yaranmasına səbəb ola bilər.
Həyatın müxtəlif mərhələlərində qlütenə qarşı dözümsüzlük aşkarlana bilər. Xüsusilə körpələrdə kliniki simptomlar 4-8 ayından etibarən özünü göstərə bilər. Bu əsasən ana südündən digər qidalanmalara, sıyıqlara keçdikdə qeydə alınır.
✔ Simptom kimi xəstələrdə yorğunluq, zəiflik, qarın nahiyəsində ağrılar, çəki və enerji itkisi, vitamin və ya mineral çatışmazlığ, ishal, qəbizlik və ya hər ikisinin bir biri ilə növbələşməsi, uşaqlarda boyun inkişafdan qalması, osteoporoz, dəri xəstəlikləri, dəmir və fol turşusu defisiti anemiyalar müşahidə oluna bilər.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!