Barret qida borusu - qastroezofageal və ya duodenoqastroezofageal reflyuks xəstəliyinin, qida borusunun aşağı hissəsinin selikli qişasının, yastı hüceyrəli epitelisinin slindrik epitellə əvəz olunması nəticəsində əmələ gələn ağırlaşması hesab olunan qazanılmış xəstəlikdir. QERX xəstəliyinin ciddi ağırlaşmalarından biri olub , qida borusunun selikli qişasında ona xas olan yastı-çoxqatlı epitelin silindrik epitəllə əvəzlənməsi ilə xarakterizə olunur. Xəstəliyə yaşlı adamların 10%-ində rast gəlinir. Xəstəliyin əmələ gəlməsində qida borusunu reflyuks xəstəliyinin, qida borusu dəliyinin yırtığı xəstəliyinin rolu böyükdür. Uzun müddət qida borusunun reflyuks xəstəliyi zamanı mədə möhtəviyyatının aqressiv öd turşuları, pankreatik fermentlərin təsirindən qida borusu zədələnir və normal epiteli slindrik epitellə əvəzlənir. Sonralar slindrik epitelin displaziyası başlayır və neoplastik proqressiya əmələ gəlir. Xəstəlik əvvəllər simptomsuz keçir, sonralar qida borusunun ezofaqial reflyuks xəstəliyinin simptomlarına bənzər əlamətlər meydana çıxır.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!