Nazik bağırsaq-həzm kanalının ən uzun və həzm sisteminin əhəmiyyətli hissələrindən biri hesab olunur. Orqanizmin sağlamlığı bir çox hallarda onun vəziyyətindən asılı olur. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır.
Nazik bağırsaqlar hansılardır? Onikibarmaq bağırsaq, acı və qalça bağırsaqlar
Nazik bağırsaqların funksiyaları hansılardır?Həzm, absorbsiya, endokrin və qoruma
Hansı əlamətlər nazik bağırsaq xəstəliyinə şübhə yaradır?Qarında ağrı, diareya, köp, qaz və nəcisin çıxmaması, qusma və melena.
Qarında ağrı çox təsadüf olunan bir haldır. Adətən, bu ağrı uzun müddət davam etmir və çox zaman bağırsaq infeksiyası, ya da adi xırda narahatlıq səbəbindən əmələ gəlir. Lakin ağrıların bir çox digər mümkün səbəbləri ola bilər. Kəskin və uzun müddət keçməyən ağrılar zamanı həkimə müraciət etmək vacibdir.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!