Bilirik ki, qida borusu çeynənmiş və isladılmış qidanı mədəyə ötürür. Adi halda udma ilə əmələ gələn yığılma dalğaları loxmanı qida borusundan mədəyə ötürür. Bu proseslə eyni zamanda aşağı sfinkterdə boşalma olur və loxma mədəyə keçir
Aşağı sfinkter sakit halda davamlı yığılmış bir əzələvi hissədir, qida borusunun mədəyə keçən hissəsini təşkil edir. (Burada anatomik bir sfinkter yoxdur. Yəni bu nahiyədə əzələ qalınlaşması yoxdur. Biz sadəcə burada olan əzələ hissəsinin tonusunun bir qədər yüksək olmasına sfinkter deyirik. Başqa sözlə buna funksional sfinkter deyilə bilər.) Bu mexanizmin pozulması: yəni, sakit halda aşağı sfinkterin boşalması “Qastroezofaqeal reflüks”, udma əsnasında boşala bilməməsi isə “Axalaziya” kimi ifadə olunur. Yəni, axalaziya, qida borusunda hərəkət pozğunluğudur.
Adi halda udma əsnasında boşalan aşağı sfinkter bu zaman, tamamən boşala bilmir, bir müddət sonra sfinkterdən yuxarıdakı hissə genişlənməyə başlayır, hətta udma aktı zamanı qida borusundakı yığılmaların tamamən dayanmasına gətirib çıxarır.
Axalaziyadakı təməl pozğunluq aşağı sfinkter səviyyəsində mövcud olan saya əzələ liflərinin sinir təchizatını təmin edən sinir liflərində olur. Xəstəlik irəlilədikcə zədələnən sinir sayı və çeşidi artır.Bu sistemdəki sinirlərin zədələnməsi və ölməsinin səbəbi bilinən və bilinməyən (idiopatik) olaraq qruplaşdırıla bilər.
Əlamətləri:
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!