Qıcıqlanmış bağırsaq sindromu sinir sisteminin tənzimləmə mexanizmlərinin və psixoemosional vəziyyətin pozulması nəticəsində yaranır. Patologiya qarında diskomfort, daimi xarakterli sızıltılı və ya kəskin ağrı, bağırsağın tam boşalmaması hissi ilə müşayiət olunur.
Sindromu yaradan səbəblər bunlardır:
Qıcıqlanmış bağırsaq sindromu ağrı və nəcis ifrazının pozulması (qəbizlik, ishal, onların növbələşməsi) ilə təzahür edir. Ağrı adətən qarnın aşağı hissəsində lokalizasiya olunaraq, küt, sızıltılı xarakter daşıyır. Lakin intensiv sancıların yaranması da mümkündür. Ağrı əlaməti qida qəbulu ilə güclənir, defekasiya aktından sonra isə əksinə zəifləyir. Qadınlarda tutmalar əksər hallarda aybaşıdan əvvəl və menstruasiya dövründə meydana çıxır. Yuxunun pozulmasına səbəb olan gecə ağrıları səciyyəvi deyil.
Defekasiyanın pozulması qəbizlik və ya ishalla özünü büruzə verir. Bundan əlavə defekasiyaya imperativ çağırışlar, qarında köp müşahidə edilir. Qıcıqlanmış bağırsaq sindromunda nəcisin sutkalıq miqdarı dəyişmir.
Sindrom daha çox yoğun bağırsağın funksiyalarını pozur:
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!