Ultrasəs diagnostikası (sinonim exoqrafiya, sonoqrafiya) bugün öd kisəsi və öd yollarının müayinəsində yeganə təhlükəsiz üsullardan biridir. Müayinə adətən ac qarına olan vəziyətdə aparıılır. Öd kisəsi patologiyalarının arasında öd daşı xəstəliyinin diaqnostikasında ultrasəs müayinəsi mühüm əhəmiyyət kəsb edir, metodun dəqiqliyi 99%-ə çatır. Ölçüsü hətta 3-4mm başlayan daşları öd kisəsində bu üsulun köməyi ilə asanlıqla aşkar etmək mümkündür. Bundan başqa bu üsul öd kisəsində yaranan anadangəlmə patologiyalar və habelə kisədə yaranmış müxtəlif törəmələri( polip, xolesteroz, xərçəng) aşkar etməyə imkan yaradır. Öd kisəsi xərçəngində üsulun dəqiqliyi 70 - 80% olmasına baxmayaraq exoqrafiya erkən olaraq törəməni aşkar etməklə vaxtında müxtəlif müalicəvi tədbirlərin aparılmasına kömək edir.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!