Əvvəlcə, ən asan və ucuz müayinə üsulu kart-test keçirilir. Bu test çox vaxt yanlış olmur. Əgər pasiyent viruslu hepatitə yoluxubsa, test onu mütləq göstərir. Amma nadir hallarda test səhv ola bilər. Kütləvi şəkildə insanları bahalı analizlərə yönləndirmədən öncə, bu ucuz tədqiqatı aparmaq daha məqsədəuyğun sayılır.
Mədəaltı vəzi və qaraciyərin USM müayinəsi, B və C tipli hepatit virusunun aşkarlanması üzrə verilən qan analizini özündə ehtiva edən hepotoloji müayinə təşkil edilir. Əgər qanda viruslu hepatit aşkar olunubsa, o zaman bütün protokollar üzrə müayinələrə başlayırıq. Bu zaman virusun genotipi, yoluxma dərəcəsi, fibrozun səviyyəsi tədqiq edilir.
Gəncə şəhərindəki ən mükəmməl qastroenteroloq Dr. Ülvi Maçanov-un təcrübəsindən istifadə edin. Mədə, bağırsaq və digər həzm sistemi problemlərinizi müasir tibbi praktikalarla müalicə etmək üçün bizimlə əlaqə saxlayın.
Həkimə yazın!Bu saytın məqsədi ziyarətçilərə Qastroenteroloq-Hepatoloq-Endoskopist Dr. Ülvi Maçanov haqqında geniş məlumat təqdim etməkdir.
Həkimə yazın!