Qida borusu xəstəlikləri

Qida borusu (QB) udlaq ilə mədəni birləşdirən boruşəkilli əzələli orqandır. Qida borusu insanın həzm sisteminin bir hissəsidir. Qida borusu xəstəlikləri zamanı ən əsas və diqqət yetirilməli əlamətləri...
ardını oxu...

Tibbi-Populyar
məqalələr

  • Nazik bağırsaq xəstəliyi
  • Qaraciyər xəstəlikləri
  • Köp problemi
  • Acı ağız sindromu
  • Hepatitlər

Nazik bağırsaq xəstəliyi

Nazik bağırsaq-həzm kanalının ən uzun və həzm sisteminin əhəmiyyətli hissələrindən biri hesab olunur. Orqanizmin sağlamlığı bir çox hallarda onun vəziyyətindən asılı olur. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır.

Nazik bağırsaqlar hansılardır?
Onikibarmaq bağırsaq, acı və qalça bağırsaqlar

Nazik bağırsaqların funksiyaları hansılardır?
Həzm, absorbsiya, endokrin və qoruma

Hansı əlamətlər nazik bağırsaq xəstəliyinə şübhə yaradır?
Qarında ağrı, diareya, köp, qaz və nəcisin çıxmaması, qusma və melena.
Qarında ağrı çox təsadüf olunan bir haldır. Adətən, bu ağrı uzun müddət davam etmir və çox zaman bağırsaq infeksiyası, ya da adi xırda narahatlıq səbəbindən əmələ gəlir. Lakin ağrıların bir çox digər mümkün səbəbləri ola bilər. Kəskin və uzun müddət keçməyən ağrılar zamanı həkimə müraciət etmək vacibdir.

ardını oxu...

Qaraciyər xəstəlikləri

İnsan orqanizminin ən vacib orqanlarından biri qaraciyərdir. 500 müxtəlif funksiyanı eyni anda yerinə yetirən qaraciyərin funksiyasının pozulması insan həyatının risk altına düşməsi deməkdir.

Qaraciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki bu xəstəliklər uzun müddət ərzində davam etdikdə, qaraciyər sirrozu yarana bilər. Bu xəstəliyin əsas nəticəsi isə qaraciyər hüceyrələrinin tədricən ölməsidir. Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formalaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir.

Terminal mərhələlərə qədər qaraciyərin bir çox xəstəlikləri heç bir şikayət vermədən inkişaf edə bilər. Sağlam olmayan qaraciyər zəhərli maddələri (toksinləri) zərərsizləşdirə bilmir və nəticədə bəzi intoksikasiya (zəhərlənmə) əlamətləri meydana çıxır.

ardını oxu...

Köp problemi

Lakin, bəzi hallarda bağırsaqlarda yığılan hava insanı çox narahat edir - qarın ağrılarına, ağırlığa, qarının köpməsinə səbəb olur. Əgər bu hal tez-tez təkrarlanırsa, qastroenteroloqa müraciət edib lazım olan müayinələrdən keçin. Məsələ burasındadır ki, tez-tez təkrarlanan qarın köpü ciddi həzm sistemi xəstəliklərinin və pozulmaların (xroniki kolit, pankreatit, bağırsaq keçilməzliyi, xərçəng və s.) simptomu ola bilər.Həmçinin tez-tez təkrarlanan köp bağırsaq disbakteriozun, helmintozların (qurd xəstəlikləri) əlaməti ola bilər.

Əksər hallarda köpün səbəbi qidanın həddən artıq miqdarda qəbulu olur. Bu səbəbdən daha tez-tez və kiçik miqdarlarla qida qəbul edin (gündə 5 dəfə). Bu sadə qayda həzm sisteminin sağlamlığı üçün olduqca vacibdir. Həddən artıq qida qəbulu (xüsusilə bu hal daim təkrarlanırsa) bütün həzm sistemini yükləyir ki, bu həzm sistemində müxtəlif pozulmaların inkişafına təkan verir.

Mədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli sayılmasa da, əmələ gəldiyi zaman qarında ağrılara səbəb ola bilir. Xüsusən də qazı çıxarmaq lazım gəldikdə və insanlarda narahatlıq və utanma hissi meydana çıxır.

ardını oxu...

Acı Ağız Sindromu

Hansı səbəbdən baş verdiyi bilinməyən və ağız boşluğunda hiss edilən yanma Acı Ağız Sindromu olaraq bilinir.

• Birinci səbəb keyfiyyətsiz, vaxtı keçmiş, konservativli, qeyri-sağlam qidaların qəbul olunmasıdır. Bu zaman qaraciyərdə turşulaşma gedir, öd, öd yolları, axarları yaxşı çalışmır. Acılıq gecə yatanda və səhərlər də hiss olunursa, deməli, bu orqanların işi ciddi mənada pozulub.
• Mədə-bağırsaq səbəbləri.Əgər gün ərzində qidalanmadan fərqli olmayaraq, ağızda, boğaz içində acılıq varsa, o zaman mədə, on iki barmaq bağırsaq, bağırsaqların patoloji prosesindən şübhələnmək olar.
• İdmandan, ağır işdən sonra acı dad qaraciyər patologiyaları ilə bağlıdır. Bu zaman sağ qabırğaaltı nahiyədə ağırlıq, ağrı da olur.
• Uzun müddət acılıq hissi yaşlı insanlarda dad reseptorlarının təbii olaraq yaşla bağlı dəyişməsi, zəifləməsi ilə əlaqədar ola bilər.
• Ağızda infeksiya, iltihab olduqda da daimi acılıq hiss olunur.
• Ağızda acılıq hissi ən pis halda həzm orqanları, qida borusu və qırtlağın onkoloji şişlərinə də siqnal ola bilər.

ardını oxu...

Hepatitlər

Hepatit A-Xalq arasında sarılıq adı ilə tanınır. Hepatitin bu növü ən çox yay fəslində pis yuyulmuş meyvə-tərəvəz və ya keyfiyyətsiz içməli sudan yayılır. Xəstəlik qusma, diareya ilə başlayır. Xəstənin sidiyi tündləşir. Nəcisi isə açıq rəngdə olur. Göz bəbəyi saralır. Xəstəlik 50 günərzində yoluxucudur. Əsasən də hamilə qadınlar buna qarşı diqqətli olmalıdırlar.

Hepatit B-Bu hepatit qan ilə keçir. Xəstəliyin keçə biləcəyi yerlər stomatoloji kabinet, gözəllik salonları və ginekoloji kabinetdir. Xəstəliyin qarşısını almaq üçün həkimin steril əlcəklərdən, birdəfəlik istifadə olunan iynələrdən istifadə etməsinə diqqət yetirin. Lakin günümüzdə hepatitə tutulma səbəbi olaraq cinsi əlaqə, diş fırçası, narkomaniya da aktualdır.

Hepatit B-Hepatitin bu növü də qanla keçir. Hətta bu növ daha təhlükəli olaraq ana və atadan uşağa belə keçə bilər. Xoş hal ondan ibarətdir ki, 1 yaşına qədər uşaqları ana südü qoruduğu üçün hepatitə yoluxmur.

Hepatitə yoluxmamaq üçün...

ardını oxu...

Xəstə rəyləri